10 İyul 2026
Dünya futbolu

“Dinamo” Mahiri yenidən icarəyə verə bilər

Xorvatiyanın “Dinamo” klubu Azərbaycan millisinin futbolçusu Mahir Emrelini yenidən icarəyə verə bilər.

İdmanxeber.az xəbər verir ki, bu barədə “vecernji.hr” saytı məlumat yayıb. Bildirilir ki,  26 yaşlı hücumçunun yay təlim-məşq toplanışındakı performansı onun komandadakı gələcəyini bəlli edəcək. Baş məşqçi İqor Bişçan yoxlama görüşlərindən sonra oyunçular barədə yekun qərarını verəcək. 

Əgər mütəxəssis Emrelinin çıxışından razı qalmasa, onun yenidən icarəyə verilməsi gündəmə gələcək. Baş məşqçi sınaq dönəminin sentyabra qədər davam edəcəyini bildirib.

Mahirin Zaqreb klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, ötən mövsümün ikinci dövrəsini icarə əsasında Türkiyə klubu “Konyaspor”da keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43