Kateqoriyasız

Dmitri Nazarov: “Sonuncu dəfə nə vaxt oynadığımı xatırlamıram”

Millimizin üzvü hazırki klubundan narazıdır.

Almaniya klubu “Aue”nin formasına geyinən 28 yaşlı yarımmüdafiəçi ölkə mətbuatına müsahibə verib.O, bu mövsüm meydana start heyətində çıxmamasından gileylənib:

“Bütün futboçular kimi mən də meydanda az vaxt keçirməyimdən məmnun deyiləm,. Sonuncu dəfə nə vaxt 90 dəqiqə oynadığımı xatırlamıram. Yalnız onu dəqiq bilirəm ki, bu, ötən mövsüm olub.

Milli komandada  əsas heyətin üzvü olmaq mənim üçün çox yaxşı oldu. Farer adaları ilə oyunda fərqləndim. Millidəki uğurlu çıxışımı Almaniya çempionatına da daşımaq istərdim. Fərqi yoxdur, hər mövqedə oynaya bilərəm. Əsas odur ki, mənə çox vaxt verilsin”.

Qeyd edək ki, millimizin Farer adaları və Malta ilə oyunlarında start heyətində meydana daxil olan və sonadək oynayan Nazarov ilk matçda qol da vurub


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43