Dünya futbolu

“Dördlər finalı” üçün Bakının namizədliyi

Xəbər verdiyimiz kimi, futzal üzrə UEFA Kubokunun əsas seçmə mərhələsində keçirdiyi hər üç oyunu qələbə ilə başa vurmuş Azərbaycan çempionu “Araz” qrupda birinci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb. Final mərhələsinin oyunlarına ev sahibliyi etmək üçün artıq AFFA tərəfindən Bakı şəhərinin namizədliyi irəli sürülüb və bununla bağlı UEFA-ya müraciət edilib.

“Barselona” (İspaniya), “Dinamo” (Rusiya), “Kayrat” (Qazaxıstan) və “Araz”ın mübarizə aparacağı “Dördlər finalı” 2014-cü ilin aprel ayında keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43