10 İyul 2026
İdman

Eddi İsrafilov özünə İspaniyada yeni klub tapdı

“Kadiz”dən ayrılan millimizin futbolçusu Eddi İsrafilovun yeni klubu müəyyənləşib.

İdmanxeber.com-un İspaniya mətbuatına istinadən yaydığı xəbərə, o, Sequnda (II divizion) təmsilçisi “Ximnastika”ya transfer olunub. Onunla 3 illik müqavilə imzalanıb. “Ximnastika”nın oyunçu ilə müqaviləni birtərəfli qaydada pozmaq hüququ olduğu bildirilib.

Qeyd edək ki, Eddi İsrafilov ötən ilin avqustundan “Kadiz”də oynayırdı. “Ximnastika”ya qədər 25 yaşlı futbolçu müxtəlif vaxtlarda İspaniyanın “Kadiz”, “Kordoba”, “Eybar”, “Qranada” və “Mursiya” klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43