20 İyul 2026
Dünya futbolu

Ekvadorlu futbolçu “Milan”da

“Brayton”un müdafiəçisi Pervis Estupinyan “Milan”a keçib.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı ekvadorlu ilə 2030-cu ilin yayına kimi müqavilə imzalanıb.Oyunçu 2 nömrəli formayla çıxış edəcək. “Transfermarkt” portalı müqaviləni 17 milyon avro qiymətləndirib.

2024/25 mövsümündə müdafiəçi “Brayton”da 36 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43