“Sabah” Misli Premyer Liqasının 30-cu turu çərçivəsində səfərdə “Turan Tovuz”a 1:2 hesabı ilə uduzub.
İdmanxeber.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Oyunu iki hissəyə bölə bilərik. Qırmızı vərəqəyə qədər olan hissə və “qırmızı”dan sonrakı hissə. Futbolçularıma təşəkkür edirəm. Sona qədər döyüşdülər. Amma əfsuslar olsun ki, hesabı bərabərləşdirə bilmədik.
– Hakimlik haqda fikriniz necədir? Qırmızı vərəqə oyunun nəticəsinə necə təsir etdi?
– Mənim üçün aydın olmayan, futbolla əlaqəsi olmayan qırmızı vərəqə idi. Biz hücuma davam edirdik. Hakim oyunu saxladı və Safrankoya qırmızı vərəqə verdi.
– Artıq “Sabah” üçün çempionatın əldən getdiyini demək olar?
– Əllərimizi aşağı salıb ruhdan düşməyəcəyik. Amma avrokuboklara vəsiqə qazanmaq baxımından kubok bizim üçün prioritetdir.
– Bu gün Kurban Berdiyevə meydanda uduzduz, yoxsa masada?
– Taktiki plandan nəsə danışmaq çox çətindir. Qırmızı vərəqədən sonra bu rəqibə qarşı oynamaq çətin idi. “Qırmızı”ya qədər hesabda öndə olan komanda biz idik.
– “Sabah”da qalsaz, bundan daha yaxşı oyun ortaya qoya biləcəksiz?
– Qısa deyirəm, əlbəttə.

