Kateqoriyasız

Elxan Məmmədov Ukraynada nazirlə görüşüb

FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Ukraynaya işgüzar səfər edib.

İdmanxeber.az-ın məlumatına görə, AFFA-nın sabiq baş katibi Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Pavelko, baş katib Yuri Zapisotski, ölkənin gənclər və idman naziri Vadim Qutsaytla görüşüb.

E.Məmmədov şəxsi sosial şəbəkə hesabında paylaşım edərək, görüşdən məmnun olduğunu bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43