17 İyul 2026
Dünya futbolu

Erik ten Haq onunla müqavilə bağlanması istəyir

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq qapıçı David de Xeanın müqaviləsini uzatmasını istəyir.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə o, yerli mətbuata danışıb. Təcrübəli mütəxəssis “Biz De Xeanın “Mançester Yunayted”də qalmasını və onun müqaviləsini uzatmasını istəyirik. Onun gələn mövsüm də bizimlə bərabər olmasından yanayıq” – deyə, bildirib.

Bu mövsüm 32 yaşlı futbolçu komandanın heyətində bütün turnirlərdə 53 oyuna çıxıb, 57 qol buraxıb və 23 dəfə qapısını toxunulmaz saxlayıb.

Müqavilə 2023-cü ilin yayına kimi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43