“Everton”un futbolçusu Cek Qriliş ayğındakı sınıq səbəbindən əməliyyat olunub.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.
30 yaşlı ingiltərəli vinger mövsümün əvvəlində “Mançester Siti”dən icarəyə götürülüb və Mersisayd klubunda 22 oyunda 2 qol vurub, 6 qol ötürməsi edib.

