Kateqoriyasız

Eyni klubda ikinci futbolçu ölümü: 20 yaşlı oyunçu meydanda can verdi – FOTO

Yaşıl meydanlarda daha bir ölüm hadisəsi yaşanıb.

İdmanxeber.com-un məlumatına görə, bu dəfə ölüm xəbəri Portuqaliyadan gəlib. Belə ki, bu ölkənin üçüncü liqasında çıxış edən 

“Turizense” klubunun futbolçusu Aleks Markes dünyasını dəyişib. 20 yaşlı müdafiəçi komandasının “Çarapinxeyrense” ilə keçirdiyi matçın 7-ci dəqiqəsində yerə yıxılaraq keçinib.

Səhətində problemlər olan Markesin ürəktutmasından keçindiyi deyilir.

Maraqlıdır ki, bu klubda futbolçu ölümü ilk dəfə deyil ki, baş verir. Belə ki, 2005-ci ildə komandanın başqa bir üzvü – Mauro Qama yol qəzasında vəfat etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43