29 İyun 2026
Dünya futbolu

“Fənər” millinin üzvünü istəyir

“Fənərbağça” Cengiz Ünderi heyətinə qatmaq üçün “Marsel”lə danışıqlar aparır.

İdmanxeber.az-ın məlumatına görə, “sarı-lacıvərdlilər”in baş məşqçisi İsmail Kartal da bu xəbəri təsdiqləyib:

“Cengiz Ünder və Avropanın digər önəmli klublarında oynayan oyunçularla təmaslarımız davam edir”.

“Fənərbağça” yaxın zamanda Cengiz, Mert Müldür və Livakoviç transferini bitirmək istəyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43