“Fənərbağça” futbolçusu Filip Kostiçlə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu oyunçu ilə müqavilə uzatmayıb. Serbiyalı futbolçu sözləşmə ilə məxsus olduğu “Yuventus” klubuna qayıdıb.
“Fənərbağça” daha əvvəl Edin Dzeko və Duşan Tadiçlə də vidalaşmışdı.
Kostiç ötən ilin sentyabrından Türkiyə təmsilçisində çıxış edirdi. O, bu müddət ərzində 35 oyuna 2 qol vurub, 9 qol ötürməsi edib.

