“Şalke” qapıçı Loris Kariusla müqaviləni uzatmaq üçün danışıqlar aparır.
İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı alman yanvar ayından klubda çıxış edir. “Şalke” futbolçu ilə iki illik müqavilə imzalamışdı. Onun hazırkı sözləşməsi iyunun sonuna kimidir.
Bu mövsüm Karius ikinci Bundesliqada 4 matçda iştirak edib və 5 qol buraxıb.

