“Fənərbağça” Yusif En-Nesirini Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna satıb.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi mərakeşli hücumçunu 15 milyon avro transfer haqqı qarşılığında göndərməklə yanaşı, futbolçunun ümumilikdə 24,5 milyon avroluq maaş öhdəliyindən də azad olub.
“Sarı-lacivərdlilər” bunun əvəzində Nqolo Kante ilə razılığa gəlib. Klub fransız yarımmüdafiəçiyə 14,4 milyon avro imza pulu ödəyəcək və iki il yarımlıq müqavilə çərçivəsində ümumilikdə 27,5 milyon avro maaş verəcək.
Bu iki əməliyyatın yekununda “Fənərbaxça”nın büdcəsindən cəmi 2,5 milyon avro çıxacağı bildirilir.

