17 İyul 2026
Ölkə futbolu

“Mingəçevir” dayanmır – Daha bir transfer açıqlandı 

“Zirə” futbolçusu Fuad Bayramovu Azərbaycan 1-ci Liqasında çıxış edən “Mingəçevir” klubuna icarəyə verib.

İdmanxeber.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər “Mingəçevir”də çıxış edəcək. O, yeni komandasında 16 nömrəli formanı geyinəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43