07 İyul 2026
Dünya futbolu

“Fənərbaxça” Milan Şkriniarı transfer etmək istəyir

“Fənərbaxça” PSJ-nin müdafiəçisi Milan Şkriniarı tam transfer etmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi 30 yaşlı slovakiyalı futbolçu üçün Fransa klubuna daha yüksək təklif göndərib. Hazırda tərəflər arasında danışıqlar davam edir və “Fənərbaxça” PSJ-nin tam razılığını əldə etməyə çalışır.

Məlumata görə, həm Milan Şkriniyar, həm də İstanbul klubunun baş məşqçisi Joze Mourinyo bu keçidin reallaşmasını çox istəyirlər.

Qeyd edək ki, Şkriniyar bu ilin qış fasiləsindən ötən mövsümün sonuna qədər “Fənərbaxça”da icarə əsasında çıxış edib. Onun PSJ ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43