07 İyul 2026
Dünya futbolu

Hayduk” “Zirə” ilə cavab oyunu öncəsi heyətini gücləndirdi

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan Xorvatiyanın “Hayduk” klubu heyətinə yeni futbolçu cəlb edib.

İdmanxeber.az xəbər verir ki, Split təmsilçisi 22 yaşlı mərkəz müdafiəçisi Ron Raci ilə müqavilə imzalayıb. Kosovo millisinin üzvü olan futbolçu ilə 2029-cu ilin iyununa qədər anlaşma əldə olunub.

Raci son olaraq Kosovonun “Priştina” klubunda çıxış edib.

Qeyd edək ki, “Zirə” və “Hayduk” arasında Bakıda keçirilmiş ilk oyun 1:1 hesabı ilə başa çatıb. Cavab görüşü iyulun 31-də Split şəhərindəki Polyud stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43