Kateqoriyasız

Fərid Qayıbov Avropa çempionatında uğur qazanmış cüdoçularla görüşdü – FOTOLAR

Gənclər və idman naziri Fərid Qayıbov Bolqarıstanın paytaxtı Sofiya şəhərindəki Avropa çempionatında uğurlu çıxış etmiş Azərbaycan cüdoçuları ilə görüşüb.

İdmanxeber.az xəbər verir ki, milli komandanın üzvlərini salamlayan F.Qayıbov onların hazırlığı və qitə çempionatında çıxışları ilə maraqlanıb. Məşqçilər nazirə idmançıların hazırlığı və nəticələri barədə məlumat veriblər.

Qeyd edək ki, cüdoçular Avropa çempionatında 3 medal qazanıblar. Hidayət Heydərov (73 kq) Avropa çempionu olub. Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) isə 3-cü yeri tutublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43