19 İyun 2026
Dünya futbolu

Fatih Terim milli komandanı çalışdıracaq

Türkiyəli məşqçi Fatih Terim yenidən futbola qayıdır.

İdmanxeber.az xəbər verir ki, 72 yaşlı mütəxəssis Çexiya millisinin baş məşqçisi olacaq.

Məlumata görə, tərəflər artıq prinsipial razılığa gəlib və yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Terim son olaraq Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubunu çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43