Dünya futbolu

“Fənərbaxça” azarkeşlərinə qadağa

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi çərçivəsində “Monako” “Fənərbaxça” ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, Monako krallığı türkiyəli futbolsevərlərə ağır qadağalar tətbiq etmək qərarı alıb.

Belə ki, oyundan öncə və 1-3 avqust tarixləri arasında “Fənərbaxça” azarkeşlərinin rövanş matçı keçiriləcək bölgəyə gəlməsi və həmin küçələrdə gəzməsi qadağan edilib.

Bu qadağalara uyulmaması halında “sarı lacivərt”li azarkeşləri ağır cəza gözləyir. (DHA)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43