16 İyul 2026
İdman

“Fənərbaxça” “Tottenhem”dən futbolçu transfer etdi

“Fənərbaxça” yeni transfer həyata keçirib.

İdmanxeber.com-un məlumatına görə, İstanbul təmsilçisi İngiltərə Premyer Liqasında top qovan Vinsen Yansseni sıralarına qatıb. “Tottenhem”in futbolçusu icarə əsasında “sarı lacıvərdlilər”in şərəfini qoruyacaq. 23 yaşlı hollandiyalı oyunçunun bu gün Türkiyəyə gedərək müqaviləyə qol çəkməsi gözlənilir.

Qeyd edək ki, Yanssen London təmsilçisinin heyətində meydanda çıxdığı 27 oyunda 2 dəfə rəqib torunu havalandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43