16 İyul 2026
Ölkə futbolu

“Roma”nın futbolçusu: “Qarabağ”ın bizim kimi güclü klublarla qrupa düşməsi sürpriz oldu”

UEFA Çempionlar Liqasının C qrupunda “Qarabağ”ın rəqibi olan “Roma”nın müdafiəçisi Juan Jesus rəqiblərini dəyərləndirib.

İdmanxeber.com-un məlumatına görə, İtaliya mətbuatına müsahibə verən futbolçsu “Qarabağ” haqda da müəyyən fikirlər səsləndirib: “Asan qrupa düşməmişik. Öz üzərimizə düşən məsuliyyətdən xəbərimiz var. “Çelsi” və “Atletiko” haqda çox danışmağa ehtiyac yoxdu. Bu komandaları hamı tanıyır. “Qarabağ”ın bizim kimi güclü klublarla qrupa düşməsi sürpriz oldu. Hər oyuna 3 xal qazanmaq üçün çıxacağıq”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43