16 İyul 2026
İdman

Superliqa həyəcanı “CBC Sport”da hansı həftədən başlayır? – RƏSMİ AÇIQLAMA

Türkiyə Superliqasının oyunlarını canlı yayımlamaq hüququ qazanan "CBC Sport"un neçənci turdan etibarən oyunları azarkeşlərə təqdim edəcəyi maraq doğuran məqamlardandı.

İdmanxeber.com məsələ ilə bağlı kanalın baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxlayıb. Əməkdaşımızla söhbətində Abbasov hələlik danışıqların getdiyini bildirdi: "Hazırda danışıqlar gedir. Çalışırıq ki, bu həftə 2 oyunu canlı yayımlayaq. Alınsa, sabahkı oyunlardan birini canlı yayımlayacağıq. Alınmasa, gələn həftənin oyunlarını azarkeşlər mütləq izləyə biləcək".

Təcrübəli şərhçi hansı komandaların oyunlarına daha çox üstünlük verəcəkləri ilə bağlı da məlumat verib: "Çalışacağıq ki, azarkeşlər üçün maraqlı olan "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş" və "Trabzonspor"un oyunlarını yayımlayaq".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43