İdman

FIFA-nın baş katibi liderlik mövzusunda seminar keçdi

Bu gün “Marriott Absheron” hotelində Azərbaycanda səfərdə olan FIFA-nın baş katibi Fatma Somoura AFFA-nın, PFL-in, klubların qadın əməkdaşları və qadın futblçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb. 

İdmanxeber.az xəbər verir ki, tədbirdən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev Fatma Samoura ilə görüşərək Azərbaycanda futbolun inkişafı, FIFA ilə AFFA arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb, seminar iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra baş katib xanım əməkdaşlar və millinin üzvlərinə liderlik mövzusunda seminar keçib.

İnteraktiv şəkildə təşkil olunan seminarda Samoura müxtəlif mövzularda ünvanlanan sualları cavablandırıb.

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasına gələcək oyunlarda uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43