10 İyul 2026
Ölkə futbolu

FİFA referisi müzakirələrə səbəb olan epizodu şərh etdi – VİDEO

Azərbaycan Premyer Liqasının 19-cu turunda “Turan Tovuz” “Karvan Yevlax”ı məğlub edib – 1:0.

Matçın 83-cü dəqiqəsində baş verən bir epizod müzükarilərə səbəb olub. Tovuz klubunun  futbolçusu Filip Ozobiç rəqib oyunçu Emin Rüstəmova sərt müdaxilə edib.

Yevlax komandasının üzvləri bu epizodda qırmızı vərəqə gözləsələr də, baş hakim Vüqar Həsənli Ozobiçə “sarı” göstərib. 

Müzakirələrə səbəb olan epizodu İdmanxeber.az-ın daimi eksperti Deniz Ateş Bitnel şərh edib.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43