08 İyun 2026
Kateqoriyasız

FLAŞ! Sadıq Sadıqov istefa verdi

Bu gün “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov istefa verib.

İdmanxeber.com qol.az-a istinadən xəbər verir ki, istefanın səbəbləri haqda yaxın vaxtlar klub rəhbərinin özünün açıqlama verəcəyi gözlənilir.

Xatırladaq ki, S.Sadıqov 2009-cu ildən  “Neftçi”nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə “Neftçi” üç dəfə Azərbaycan çempionu, bir dəfə ölkə kubokunun qalibi olub. Bir dəfə isə Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43