08 İyun 2026
Kateqoriyasız

“Azərbaycandan xal almaq daha asan idi, nəinki İtaliyadan”

“Azərbaycanın qələbə qazanması gözlənilməz oldu. Çünki biz Bakıya xal və ya xallar qazanmağa gəlmişdik. Çünki bu rəqibdən xal almaq daha asan idi, nəinki İtaliya və digər komandalardan. Amma bacarmadıq“.

Bu sözləri idmanxeber.com-a açıqlamasında Maltanın futbolçusu Stev Borq deyib.

Bakıda millimizə 2 cavabsız qolla məğlub olan və sonuncu pilləyə yuvarlanan Maltanın oyunçusu  millimizi zəif saymadığını da bildirib:

“Azərbaycanın zəif olduğunu düşünmürdüm. Sadəcə fikiləşirdim ki, sakit oynayarlar, dərhal önə getməzlər. Ancaq belə olmadı. Onlar ilk dəqiqəılərədn hücuma atdıldılar və erkən qol vuraraq bizi çətin vəziyyətə saldılar”.

Qeyd edək ki, millimiz Maltanı 2:0 hesbaı ilə məğlub etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43