Kateqoriyasız

Fransa, Avstriya, Danimarka, Azərbaycan…

UEFA Millətlər Liqasının qrup mərhələsində ən çox top qazanan komandaların siyahısında yer alıb.

İdmanxeber.az-ın məlumatına görə, millimiz 6 görüşdə 248 dəfə buna müvəffəq olub.

De Byazninin başçılıq etdiyi kollektiv bu göstəriciyə görə 4-cü pillədə qərarlaşıb. Fransa (260) 1-ci, Avstriya (257) 2-ci, Danimarka (251) isə 3-cüdür. İlk “5-liy”i Moldova (245) qapayır.

Qeyd edək ki, Azərbaycan yığması ötən gün qrup mərhələsinin sonuncu turunda Bakıda Qazaxıstan seşməsini 3 cavabsız qolla məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43