01 İyul 2026
Kateqoriyasız

Fransa klubu erməni futbolçunu Bakıya gətirməyəcək

Fransanın “Nant” klubunun erməni əsilli futbolçusu Qor Manvelyan “Qarabağ”a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarından birini buraxacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə Ermənistanın teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, 20 yaşlı yarımmüdafiəçi “köhlən atlar”la matç üçün Azərbaycana gəlməyəcək.

Qeyd edək ki, Qor Manvelyan Fransanın U-17 və U-19 yığmalarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43