01 İyul 2026
Kateqoriyasız

Avropa Liqası: “Qarabağ”ın qrupdakı oyunlarının təqvimi bilindi

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, G qrupunda qərarlaşan təmsilçimiz ilk matçını sentyabrın 8-də Almaniyada “Frayburq”a qarşı keçirəcək.

“Köhlən atlar” sentyabrın 15-də Bakıda Fransa “Nant”ını qəbul edəcək. Oktyabrın 6-da Yunanıstanda “Olimpiakos”un qonağı olacaq ölkə çempionu oktyabrın 13-də Afina təmsilçisini qəbul edəcək.

“Qarabağ” V turda səfərdə “Nant”la, sonuncu turda isə Bakıda “Frayburq”la üz-üzə gələcək.

UEFA Avropa Liqası

“Qarabağ”ın oyunlarının təqvimi

1-ci tur

8 sentyabr

“Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan)

2-ci tur

15 sentyabr.

“Qarabağ” (Azərbaycan) – “Nant” (Fransa)

3-cü tur

6 oktyabr

“Olimpiakos” (Yunanıstan) – “Qarabağ” (Azərbaycan)

4-cü tur

13 oktyabr

“Qarabağ” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan)

5-ci tur

27 oktyabr

“Nant” (Fransa) – “Qarabağ” (Azərbaycan)

6-cı tur

3 noyabr

“Qarabağ” (Azərbaycan) – “Frayburq” (Almaniya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43