07 İyun 2026
Dünya futbolu

Fransalı hücumçu PSJ-yə keçir

“Ayntraxt”ın hücumçusu Randal Kolo-Muani karyerasını Fransada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı oyunçu ilə PSJ  maraqlanır. Parislilər Kilian Mbappenin mümkün gedişi ilə əlaqədar hücum xəttini gücləndirmək istəyirlər.

Kolo-Muani Almaniya çempionatında mövsümün ən yaxşı oyunçusu seçilib. Fransalı ötən mövsüm 46 matçda 23 qol və 11 məhsuldar ötürmə var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43