22 İyul 2026
Dünya futbolu

Frenki de Yonqdan “Barselona” qərarı

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq gələcəyi ilə bağlı qərarını verib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli oyunçu Kataloniya klubunda qalmaq niyyətindədir. O, “Barselona” ilə sözləşmə uzatmaq istəyir.

De Yonq bu mövsüm La Liqada 12 oyun keçirib, 2 qol vurub. 27 yaşlı futbolçunun “Barselona” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43