Yaşıl meydanlarda daha bir ölüm hadisəsi Argentinada yaşanıb.
İdmanxeber.com-un məlumatına görə, sözügedən ölkənin "San Xorxe" klubunun futbolçusu Mikael Favre "Kolon"la keçirilən oyun zamanı başına aldığı zərbədən huşunu itirib. Yerdə qalan futbolçu xəstəxanaya aparılsa da onu həyata qaytarmaq mümkün olmayıb.

