İdman

“Gəncə” basketbolçuları liderləri izləməkdə davam edir

Azərbaycan basketbol çempionatının 22-ci turuna yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, turun sonuncu matçı Şəki Olimpiya İdman Kompleksində baş tutub.

“Olimpik Şəki” doğma azarkeşlər önündə “Gəncə” basketbolçularını qəbul edib. Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ keçirən gəncəlilər parketdən 94-77 hesablı qələbə ilə ayrılıblar.

Bu qələbə ilə “Gəncə” turnir cədvəlində 3-cü sıraya yüksəldi. 

Qeyd edək ki, 23-cü tur Azərbaycan Kubokunun oyunlarından sonra start götürəcək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43