Milli komanda Ölkə futbolu

Millimizin heyətində şok itki

Türkiyənın “Konyaspor” klubunun üzvü Mahir Emreli Azərbaycan millisinin heyətindən çıxarılıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. 26 yaşlı hücumçu zədəli olduğu üçün qarşıdakı oyunlarda yığmamıza kömək edə bilməyəcək.

Xatırladaq ki, millimiz Avro-2024-üç seçmə mərhələsində martın 24-də Avstriya, martın 27-də isə İsveç yığması ilə qarşılaşacaq. Komandamız hər iki oyunu rəqib meydanında keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43