Kateqoriyasız

Gənclər Liqası: “Qəbələ”nin rəqibi məlum oldu

UEFA Gənclər Liqasında 2022/23 mövsümünün Çempionlar yolunun püşkü atılıb.

İdmanxeber.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə ilk iki mərhələnin cütləri bəlli olub.

Azərbaycan Gənclər Liqasının çempionu “Qəbələ”nin rəqibi də müəyyənləşib. “Qırmızı-qaralar”ın 19 yaşadək futbolçulardan ibarət komandası ilk raundda Xorvatiyanın “Hayduk” klubu ilə qarşılaşacaq. Bu mərhələnin görüşləri sentyabrın 14-də və oktyabrın 5-də keçiriləcək. “Qırmızı-qaralar” ilk matça səfərdə çıxacaq.

Bu cütün qalibinin ikinci mərhələdəki rəqibi də bəlli olub. “Qəbələ” mərhələ adlasa, “Astana” (Qazaxıstan) – “Apolloniya” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu mərhələnin qarşılaşmaları oktyabrın 26-da və noyabrın 2-də təşkil olunacaq. “Hayduk” – “Qəbələ” cütünün qalibi ilk matçımı səfərdə keçirəcək.nları sentyabrın 14-də və oktyabrın 5-də keçiriləcək. İkinci raund oktyabrın 26-da və noyabrın 2-də oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43