Kateqoriyasız

İPL izləyənlər üçün üzücü xəbər – İTV-dən açıqlama

“İctimai” TV İngiltərə Premyer Liqasının yayımı ilə bağlı açıqlama yayıb.

İdmanxeber.az xəbər verir ki, açıqlamada oyunların peyk üzərindən yayımının dayandırıldığı  qeyd edilib:

“Premyer Liqanın cari mövsümdən tətbiq olunan son tələb və göstərişlərinə əsasən, ölkə hüdudlarından kənara yayımın qarşısını almaq məqsədilə oyunların peyk üzərindən yayımında sərt məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Tələb olunan yeni şifrələmə sistemi texnoloji baxımdan Bakı Teleqüllə Kompleksi tərəfindən dəstəklənmədiyi üçün oyunların peyk üzərindən yayımı dayandırılıb.

Bu səbəbdən efirimizdə İngiltərə Premyer liqasının oyunlarını yalnız kabel televiziyaları, yerüstü yayım və İctimai Televiziyanın rəsmi saytı vasitəsilə izləmək mümkün olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43