24 İyul 2026
İdman

Gənclər və İdman Nazirliyi daha bir “Sağlam məhəllə” idman zonasını istifadəyə verdi

Xocasən qəsəbəsində “Sağlam məhəllə” idman zonası istifadəyə verilib.

İdmanxeber.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin istifadəyə verdiyi sayca beşinci olan idman zonasında minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib.

Açılışda gənclər və idman naziri Fərid Qayıbov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, “Ulduz” Futbol Akademiyasının uşaqları və Xocasən qəsəbəsinin sakinləri iştirak ediblər.

Qeyd edək ki, meydança “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə təşkil edilmiş rəsm müsabiqəsinin hərracından əldə edilən vəsait və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istifadəyə verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43