10 İyul 2026
İdman

Gimnastika yığmamız beynəlxalq turnirin qalibi oldu

Akrobatika gimnastikası üzrə Azərbaycan yığması Polşanın paytaxtı Varşavada keçirilən “Wars and Sawa Cup” beynəlxalq turnirinin qalibi olub.

İdmanxeber.az xəbər verir ki, millimiz yarışı qızıl medalla başa vurub.

Buna Ağasif Rəhimov və Raziyə Seyidli (qarışıq cütlük), Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiri (yeniyetmələrdən ibarət qrup), Daniel Abbasov və Murad Rəfiyev (cütlük) nail olublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43