11 İyul 2026
İdman

Gimnastlarımız beynəlxalq turnirdə iki medala sahib olublar

Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Misirin paytaxtı Qahirədə təşkil olunan “Pharaoh’s Cup” beynəlxalq turnirində fərqləniblər.

İdmaxeber.az-ın məlumata görə, fərdi proqramda Vladimir Dolmatov qızıl, Mədinə Mustafayeva isə bürünc mükafata yiyələnib.

Yeniyetmələrin yarışında Dilarə Qurbanova və Sara Əlixanlı isə fərdi proqramda finala vəsiqə əldə ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43