Kateqoriyasız

“Görəcəyimiz iş çoxdur” – Tərlan Əhmədov

Misli Premyer Liqasının VI turunda “Kəpəz” səfərdə “Turan Tovuz”a 0:2 hesabı ilə məğlub olub.

İdmanxeber.az-ın məlumatına görə, qərb derbisindən sonra “sarı-göylər”in baş məşqçisi Tərlan Əhmədov matç ilə bağlı fikirlərini bildirib:

“Komandanı qəbul edəndə bəzi oyunlara baxıb gördüm ki, potensial var. Nəsə etmək olar. Bu gün bunun bir daha şahidi oldum. Üstünlük bizdə olsa da, yaxşı oynayıb məğlub olduq. Futbolda bəzən belə olur, yaxşı mübarizə aparıb uduzursan. Kaş ki, pis oynayıb qalib gələrdik. Uşaqlar göstərdilər ki, istək var. Yaxşı komanda qurmaq olar. Çatışmazlıqlarımız var, görəcəyimiz iş çoxdur. Hücum xəttindəki problem daha qabarıq görünür. Oyun baxımından komanda topa daha çox nəzarət edirdi. Çalışırdıq rəqibi topsuz qoyaq, boş zonalar əldə edək. Birinci və ikinci hissədə qol epizodlarımız oldu. Məyus olub, depressiyaya qapanmaq olmaz. Qarşıda oyunlar var. Komandanı qışa qədər yaxşı hazırlamaq bizim borcumuzdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43