07 İyun 2026
Dünya futbolu

Hakan “Qalatasaray”dan 7 milyon istəyir

“Qalatasaray” Hakan Çalhanoğlu üçün “İnter”lə danışıqları davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu özü də İstanbul klubunda çıxış etmək istəyir. O, “Qalatasaray” azarkeşi olduğunu və bu klubda oynamaq istədiyini rəhbərliyə söyləyib.

Hakan “sarı-qırmızılar”dan illik 7 milyon avro tələb edir.

“Qalatasaray”ın Çalhanoğlu ilə anlaşdığı, İtaliya klubuyla isə danışıqları davam etdirdiyi bildirilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43