Türkiyə millisində Hakan Çalhanoğlu və Cengiz Önder heyətdən çıxarılıb.
İdmanxeber.az-ın məlumatına görə, Cengiz əvvəldən planlaşdırıldığı kimi Berlinə aparılmayıb, Hakan isə xəstələndiyi üçün komandadan uzaqlaşdırılıb.
Türkiyə noyabrın 18-də Almaniya ilə yoldaşlıq görüşü, 21-də isə Uelslə Avropa çempionatının seçmə mərhələ oyununa çıxacaq.

