11 İyul 2026
Dünya futbolu

Haland Messi və Ronaldo barədə: “Yaşlansalar da, yenə də fantastik oyunçulardır”

“Mançester Siti”nin hücumçusu Erlinq Haland Kristiano Ronaldo və Lionel Messi rəqabətindən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, norveçli futbolçu iki oyunçu barədə də xoş sözlər deyib. O, Ronaldo və Messinin möhtəşəm uğurlar qazandığını bildirib:

“Hər kəs Messi və Ronaldo rəqabətindən sonra Haland və Mbappe dövrünün gəldiyini düşünür. Lakin onların etdiyi çılğın şeylər vurğulamaq lazımdır. Hələ də eyni şəkildə dabam edirlər. Yaşlansalar da, yenə də fantastik oyunçulardır. Bu iki görkəmli çempionu izləmək fürsəti əldə etmək imtiyazdır.

Mən heç vaxt başqa oyunçulara qarşı çıxmıram. Mən o cür adam deyiləm. Özümə fokuslanmışam və hər gün daha yaxşı olmaq, etdiyim işdən həzz almaq istəyirəm”.

2022/23 mövsümündə norveçli futbolçu “Mançester Siti”nin heyətində bütün yarışlarda 53 oyun keçirib, 52 qol vurub, 9 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43