04 İyul 2026
Dünya futbolu

Hamşik millini çalışdıracaq

Slovakiya millisinin baş məşqçi postuna əsas namizəd bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, bu vəzifəyə Marek Hamşik gətirilə bilər.  2023-cü ildə karyerasını başa vuran 38 yaşlı mütəxəssis artıq milli komandada köməkçi kimi çalışıb. Onun üçün bu, baş məşqçi kimi ilk təcrübə olacaq.

Hamşik Slovakiya millisində 138 oyun keçirib və 26 qol vurub, uzun müddət komandanın kapitanı olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43