“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin “Haber Global” telekanalına müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, 17 ildir Ağdam təmsilçisini çalışdıran baş məşqçi klubdan ayrılmaq istəmədiyini də vurğulayıb:
“Bura mənim ikinci, bəlkə də birinci evimdir. Çünki mən burada daha çox vaxt keçirirəm, nəinki ailəmdə. Amma gələcəkdə hər şey ola bilər. Hazırda böyük bir kluba keçmək fikrim yoxdur. “Qarabağ”la ildən-ilə daha da böyük nəticə əldə etmək istəyirəm”.

