“Oyun istədiyimiz kimi alınmadı. Rəqib bizi əks-hücumda yaxşı tuturdu. Düzdür, uduzduq, lakin bu, birinci matç idi. Qarşıda hələ cavab görüşü var. Sona qədər vuruşub yenə geridönüş edəcəyik. Bizim bundan da pis oyunlarımız olub. İstər kubokda, istər Avroliqada. Məsələn, Kiprdə “Aris”lə oyunda 0:2 hesabı ilə uduzmuşduq. Halbuki həmin matçda rəqib 10 qol vurmalı idi. Buna baxmayaraq, ikinci görüşdə 3:0 hesablı qələbə qazandıq və mərhələ adladıq. Odur ki, hər şey mümkündür. Azarkeşlərimizə borcluyuq. Çalışacağıq bu məğlubiyyətin əvəzini çıxaq və onlara borcumuzu qaytaraq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Emin Mahmudov “Sabah” oyunu (1:2) sonrası deyib. O, daha sonra belə davam edib:
“Hücumlar istədiyimiz kimi alınmadı. Top itkilərinə çox yol verdik. Heç cür öz oyunumuzu göstərə bilmədik. Başa düşürük ki, gedişat yaxşı deyil və bunu dəyişməliyik. Qarşıda səfər oyunu var. Çalışacağıq ki, vəziyyəti dəyişək və vəsiqənin taleyini xeyrimizə həll edək. Cavab görüşünə qədər inşallah tam hazır olacağam. İnanıram ki, cavab görüşündə daha yaxşı çıxış edəcəyəm”.
Mahmudov “Sabah”ın baş məşqçisi Vasili Berezutskinin hakimlər bağlı dediklərini belə münasibət bildirib:
” Bilmirəm o nə danışıb. Lakin yenidən oyunu izləsə, özü də görər ki, hakimlik nəsə yox idi”.

