Ölkə futbolu

“Herta” “Neftçi”ni böyükhesabla məğlub etdi

Avstriya toplanışında olan “Neftçi” bu gün 3-cü yoxlama oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar”ın rəqibi “Herta” olub.

Görüş Bundesliqa təmsilçisinin böyükhesablı qalibiyyəti ilə başa çatıb. Hər hissədə iki qol vuran Berlin klubu 4:0 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, “Neftçi” Avstriya toplanışında əvvəlki yoxlama matçlarında Almaniyanın “Şalke” (0:1) və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu (1:1) ilə qarşılaşıb.

 

Yoxlama oyunu

2 avqust

 

“Neftçi” – “Herta” – 0:4

Qollar: Darida, 2, İbişeviç, 9, 49, Essven, 65 (pen.)

 

“Neftçi”: Səlahət Ağayev, Məqsəd İsayev, Ruslan Abışov, Kirilo Petrov, Pavel Dreksa, Məhəmməd Mirzəbəyov, Tərzin Cahangirov, Derlis Meza Kolli, İqnasio Errera, Elnur Cəfərov, Daniel Seqoviya

 

“Herta”: 1. Tomas Kraft, 3. Per Skyelbred, 4. Karim Rekik, 6. Vladimir Darida, 8. Salamon Kalu, 10. Ondrey Duda, 11. Metyu Lekie, 15. Sebastian Lanqkamp, 19. Vedad İbişeviç, 21. Marvin Plattenhardt, 23. Miçel Vayser


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43