UEFA Çempionlar Liqasının qrup mərhələsində “Bavariya” doğma meydanda “Mançester Yunayted”i qəbul edib.
İdmanxeber.az-ın məlumatına görə, Münhen təmsilçisi 4:3 hesabı ilə görüşdən qalib ayrılıb. Matçın ardından “Bavariya”nın hücumçusu Harri Keyn “Mançester Yunayted” üzərində qazanılan qələbəni şərh edib.
“Turnir bizim üçün çox yaxşı başladı. Matç sona doğru bir az daha çılğınlaşdı. Amma düşünürəm ki, ümumilikdə oyunun çox hissəsinə biz nəzarət etdik. Ola bilsin ki, üçüncü qolu vurandan sonra hesabı 4:1 və ya 5:1-ə çatdırmalıydıq. Amma “Mançester Yunayted”in də haqqını verməliyik”.
“Bavariya” 3 xal toplayıb və A qrupunda liderliyə yüksəlib. “Qırmızı şeytanlar” isə sonuncudur.

