Kateqoriyasız

İbrahim Şehiç “Qarabağ”a qayıdır?

“Qarabağ” sabiq qapıçısı İbrahim Şehiçi yenidən komandaya qaytarmağı düşünür.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Bosniya və Herseqovina mətbuatı xəbər yayıb. “Ərzurumspor”un qapıçısı ilə hazırda “Kasımpaşa” və “Trabzonspor”la yanaşı, Ağdam klubu da yaxından maraqlanır. Ancaq onun hazırkı komandasında qalacağı da istisna olunmur.

Qeyd edək ki, “Ərzurumspor”la 2020-ci ilin yayına qədər müqaviləsi olan Şehiç 2013-2018 mövsümlərində “Qarabağ”da çıxış edib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43